Kseniya Sobçak daha bir işini itirdi

23 İyul 2012 22:24 (UTC+04:00)


Movqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, teleaparıcı Kseniya Sobçak daha bir layihədən qovuldu. O, "Top model po ruski" adlı telelayihənin həm ideya müəllifi, həm də aparıcısı idi. Kseniya Sobçak "RiaNovosti"yə müsahibəsində bildirib ki," Mən daha  MuzTv  kanalında "Top model po ruski" adlı telelayihəsinin aparıcısı olmayacağam. Mənə bu qərarın səbəbi məlumdu. Bu siyasi bir qərardı. Lakin mən jurnalistika sənətimi atmaq fikrində deyiləm, öz peşəmi davam etdirmək fikrindəyəm".