Bakıda xəstəxanada intihar

25 Noyabr 2014 10:45 (UTC+04:00)

Bakıda xəstəxanada intihar olub. Xətai Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada müalicə alan Şahlar İmran oğlu Zeynalov palatada özünü asıb. Ş. Zeynalovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun bir neçə gün əvvəl başından əməliyyat olunduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.