Hinduşqanı 10 dəqiqədə yedi

25 Noyabr 2014 12:01 (UTC+04:00)
ABŞ-da təşkil edilən hinduşqa yemək müsabiqəsində Coey Çesnat 10 dəqiqədə 4 kilo 250 qramlıq hinduşqanı yeyərək birinci olub. Hər bir iştirakçıya sümükləri ilə birlikdə 9 kilo ağırlığında olan hind quşu verilib. Movqe.az xəbər verir ki, Çesnata isə birincilik mükafatı olaraq 5 min dollar verilib. Çesnat 2011-ci ildə 2.38 kq hindi yeyərək birinci olan Sonya Tomasın rekordunu da qırmış olub. 31 yaşındakı Çestnat hindi yeyərkən bol miqdarda su içməsini və hinduşqanı yeməyə bud hissəsindən başlamasını müvəffəqiyyətinin sirri olaraq açıqlayıb.