Bakının bəzi rayonlarının qazı kəsiləcək

25 Noyabr 2014 12:54 (UTC+04:00)
Gün ərzində Bakının bəzi rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq."Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi Movqe.az-a  verilən məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus magistral qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gün işlər başa çatanadək Sabunçu, Nərimanov və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.