"Buraxılış imtahanlarında 11-ci sinif şagirdlərinə 3-cü fənn – xarici dil fənni əlavə edilib".
Movqe.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə
Abbaszadə deyib. O vurğulayıb ki, şagirdlər tədris müddətində hansı
xarici dili öyrəniblərsə, həmin fənndən imtahan
verəcəklər: "9-cu siniflərin buraxılış imtahanlarında isə heç
bir dəyişiklik yoxdur. Bundan başqa buraxılış
imtahanlarından 2 alan şagirdlərin hamısı attestat alacaq, amma
onlar orta ixtisas məktəblərinə qəbulda iştirak edə bilməyəcək.
Çünki qəbul qaydalarına əsasən abituriyent hər bir fənndən ən azı
10% nəticə göstərməlidir".
M.Abbaszadə buraxılış imtahanlarına əlavə edilən fənnin şagirdlər
üçün çətinlik yaratmayacağını deyib:
"Üçüncü fənn xarici dil olacaq. Üçü qrupda xarici dil fənni var.
Hesab edirəm ki, bu fənnin əlavə edilməsi şagirdlərə çətinlik
yaratmayacaq. Çünki orta məktəblərin hamısında xarici dil fənni
keçirilir. Şagirdlər hansı fənn üzrə təhsil alıblarsa, həmin fənn
üzrə də imtahan verəcək".