Yaxın 2 gün ərzində Azərbaycan ərazisində qeyri-sabit, soyuq, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcək

25 Noyabr 2014 15:36 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında noyabrın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, soyuq, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.