Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılır

25 Noyabr 2014 14:36 (UTC+04:00)

"Sabah məni xərəkdə xüsusi təyyarəyə mindidib, İsrailə aparacaqlar. Həyat yoldaşım Nüşabə xanım olmadan heç hara gedə bilmərəm. O da yanımda olacaq".Movqe az xəbər verir ki, bu sözləri Modern.az saytına uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlu bildirib. Vaqif Səmədoğlu hazırda özünün yaxşı hiss etmədiyini də söyləyib: "Özümü yaxşı hiss etmirəm. Halım heç özümdə deyil...".Qeyd edək ki, xalq şairi müalicəsini davamlı olaraq İsraildə və vətənda davam etdirir.