Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb
25 Noyabr 2014 15:30 (UTC+04:00)
Ucar rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Movqe az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına
görə, hadisə bu gün rayonun Bərgüşad kəndində baş verib. Kənd
sakini 1959-cu il təvəllüdlü Ədilov Əzizağa Zeyni oğlu kənd
ərazisindən keçən su arxına düşüb və orda boğularaq
ölüb.Yaxınlarının sözlərinə görə, dünən axşam saatlarında Ə. Ədilov
qəflətən yoxa çıxıb. Əvvəlcə onun Bakıda yaşayan ailəsinin yanına
getdiyi güman edilsə də, bu gün səhər saatlarında su arxında ölü
vəziyyətdə tapılıb. Mərhumun içkiyə meylli olduğu bildirilir. Meyit
müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya
birliyinin Ucar rayon Şöbəsinə gətirilib.Faktla bağlı Rayon
Prokurorluğunda araşdırmalara başlanılıb.