Antarktidada ilk dəfə azan veriləcək
25 Noyabr 2014 15:57 (UTC+04:00)
Tarixdə ilk dəfə olaraq Antarktidada azan veriləcək.Movqe az xəbər
verir ki, bu barədə Trend Tatarıstan Müsəlmanları Dini İdarəsinə
istinadən məlumat verir. Belə ki, bu gün Tatarıstanın Qul-Şərif
məscidinin nəzdindəki İslam Mədəniyyəti Muzeyində Antarktidaya yola
düşəcək "Antarktida-100" ekspedisiyanın iştirakçılarına Quran
nüsxələri verilib.İdarənin Təbliğat şöbəsinin rəhbəri Niyaz Sabirov
bildirib ki, Quran nüsxələri Rusiyanın "Bellinshauzen" antarktik
stansiyasındakı qütbçülərə çatdırılacaq: "Artıq Quranı Antarktidada
da oxuyacaqlar və ilk dəfə olaraq orada azan veriləcək. Mən Quranı
ekspedisiyanın üzvü, Rusiya Coğrafiya Cəmiyyətinə Dəstək Fondunun
rəhbəri Rüstəm Gilmutdinova verirəm. O, Antarktidada Allaha dua
edərək Yer üzündə sabitlik və sülhün bərqərar olmasını
istəyəcək".Ümumilikdə Antarktidaya 3 Quran nüsxəsi aparılacaq.
Onlardan biri "Bellinshauzen" stansiyasında qalacaq, digərləri isə
Kazana qaytarılaraq Rusiya Coğrafiya Cəmiyyəti və İslam Mədəniyyəti
Mərkəzinə veriləcək.Qeyd edək ki, "Antarktida-100" layihəsi Kazan
Universitetinin rektoru, Antarktidanı ilk dəfə kəşf edən Rusiya
ekspedisiyasının (1819-1821) tərkibində yeganə alim olmuş İvan
Simonova həsr edilib.