İlham Əliyev işlərlə tanış oldu
25 Noyabr 2014 17:00 (UTC+04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına
hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə
tanış olub.
ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata
görə, prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıqla
bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmaq
üçün paytaxtın bir sıra ərazilərində olub, icra edilən layihələrin
gedişi və həyata keçirilən yenidənqurma və inşaat işləri ilə
maraqlanıb.
Dövlət başçısı Bakı Olimpiya Stadionunun ətraf
ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat
infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının
ətrafında həyata keçirilən abadlıq tədbirləri və müxtəlif idman
infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi
ilə də tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev işlərin yüksək
keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını
verib.