ABŞ Serjə pul vermədi
25 Noyabr 2014 21:16 (UTC+04:00)
Ermənilərin Qərbdə fəaliyyət göstərən "Hayastan"
fondunun bu il keçirdiyi ianə kampaniyası keçən ilkinə baxanda
uğursuz olub.
ANS PRESS-in məlumatına görə, fond tərəfindən
19-23 noyabr tarixlərində Fransada keçirilən ümumi Avropa
kampaniyası çərçivəsində cəmi 1,37 milyon avro yığılıb. Bu, keçən
il yığılmış vəsaitdən (1,46 milyon avro)
azdır.
Kampaniya çərçivəsində Fransadan 1 milyon 246 min
344 avro, Almaniyadan 71 min 345 avro, İsveçrədən 31 min 726 avro,
Yunanıstandan 21 min avro, Belçikadan 3 min avro yığılıb. Göründüyü
kimi, ermənilərə Avropadan yalnız ermənilər pul verib və bu
səbəbdən ən çox pul Fransadan gəlib.
Kampaniya çərçivəsində yığılan pulların azalması
bir gerçəyi də ortaya çıxarıb - əsas fəaliyyəti bütün dünyada
dilənərək yığdığı pulları Dağlıq Qarabağa yönəltmək olan fondun
fəaliyyətinə inam getdikcə azalır.
Bu gün həm də erməni portalı "Epress" yazıb ki,
ABŞ erməniləri fondun fəaliyyətini boykot ediblər. Çox sayda
amerikalı erməni üzərində "Ümumierməni fondunu boykot edirik, vergi
yığın, ianə yox" sözləri yazılmış köynək geyərək küçələrə çıxıblar.
Nümayişçilər bildiriblər ki, fondda korrupsiya var və Ermənistan
hakimiyyətinin əlində oyuncağa çevrilib.