Doğuşla Xoşqədəm Habil Əliyevə baş çəkəcək

25 Noyabr 2014 22:01 (UTC+04:00)

Uzun müddətdir ki, səhhətindən əziyyət çəkən xalq artisti, kaman ustadı Habil Əliyevin səhhətində xeyli irəliləyiş var.

 

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a H.Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Habil Əliyevin həyat yoldaşı hazırda kamança ustasının səhhətinin yaxşı olduğunu bildirib:


"Şükür, özünü çox yaxşı hiss edir. Hər şey qaydasındadır".


O, həmçinin H.Əliyevi ziyarət edən sənət adamlarından da danışıb: 


"Çox sağ olsunlar. Dostlar tək qoymurlar. Sənət yoldaşları həmişə gəlib ona baş çəkilər. Bu yaxınlarda ATV kanalından da gəlmişdilər. Çəkiliş etdilər. Yaxınlarda Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla Habil Əliyevə baş çəkəcək".