Çin rublu dirçəltdi

25 Noyabr 2014 17:05 (UTC+04:00)
Avropa Mərkəzi Bankı ve Çin Xalq Bankının verdiyi qərarlar rus rublunun güclənməsinə təkan verdi. 

ANS TV-nin məlumatına görə, dolların kursu iki həftə öncə 48 rubldan artıq idisə indi bu rəqəm 45 rubldan da aşağıdır. Dövlət Dumasının Maliyə Komitəsinin sədri Sergey Savelyev rublun kursunun bazar şərtlərinə görə müəyyənləşəcəyini deyir.

"Rublun birdən-birə bu qədər dəyər itirməsi bəzi spekulyasiyalar nəticəsində baş vermişdi. Bunların qarşısı alındıqdan sonra rublun kursu tənzimlənməyə başlandı. Hökumət olaraq rublun güclənməsi üçün əlavə səylərimiz yoxdur. Bu tamamilə bazar şərtlərinə görə müəyyənləşir. Əlbətdəki neftin qiyməti rublun xarici valyuta qarşısındakı dəyərini də müəyyənləşdirəcək", - deyə Sergey Savelyev qeyd edib. 

Neftin qiymətinin ucuzlaşmasının Rusiya büdcəsinə verdiyi ziyanın artıq 140 milyard dolları keçdiyi bildirilir.