Kainat kompüter proqramıdır

26 Noyabr 2014 09:35 (UTC+04:00)

Dünyanın quruluşu haqqında müasir nəzəriyyədə bildirilir ki, bizim dünya matrisa, şüurun naməlum forması vasitəsilə yaradılmış virtual reallıqdır. Bu yaxınlarda mühəndis- rəqəmli texnologiyalar sahəsində mütəxəssis Cim Elvic müəyyən edib ki, Kainat həqiqətən rəqəmli kod əsasında işləyən kompüter proqramıdır.

Belə ki, materiyanın təyinatı "bizə hissiyyatla verilmiş obyektiv reallıq" kimi məlumdur. Belə çıxır ki, biz müxtəlif əşyalara toxunaraq bu məqamda duyduğumuz hisslərə görə onlar haqqında fikir yürüdürük. Əslində isə, Elvic bildirir ki, obyektlərin əksəriyyəti boş fəzadan başqa bir şey deyildir. Bu, kompüterin ekranında işarələri "tıklamak" kimi bir şeydir. Hər bir işarənin arxasında hansısa bir obraz dayanır, lakin bu, yalnız şərti reallıq, yalnız monitorda mövcud olan matrisadır.

Elvic güman edir ki, bizim materiya hesab etdiyimiz hər şey, sadəcə olaraq, məlumatdır. Bəsit hissəciklər sahəsində keçirilən tədqiqatlar belə anlamağa imkan verir ki, bizi əhatə edən hər şeyin arxasında kompüter proqramının analoji ikili kodu kimi hansısa kod yerləşir. Ola bilər ki, bunun, sadəcə, beynimizin "Kainat internet"inin məlumatlarına giriş vasitəsilə aldığı interfeys olduğu müəyyən ediləcək.

Alim öz fikirlərində Con Arçibald Uilerin "Geonlar, qara dəliklər və kvant köpüyü: fizikadakı həyat" kitabına istinad edir. Uiler hesab edir ki, fizikanın əsasını informasiya təşkil edir. O, öz nəzəriyyəsini "It from bit" ("Hər şey bitdəndir") adlandırıb. "Hər şey bitdəndir" nəzəriyyəsi belə bir ideyanı simvolizə edir: fizika dünyasının hər cür əşya və hadisəsi öz bünövrəsində- əksər vaxtlarda çox dərin bünövrəsində- qeyri-maddi mənbə və izaha malikdir; bizim reallıq adlandırdığımız nəsə son nəticədə "bəli və ya yox" qoyuluşundan inkişaf edir"- Uiler özünün "İnformasiya, fizika, kvant: əlaqələrin axtarışı" məruzəsində yazır, "yəni qısaca olaraq deyilərsə, bütün fiziki mahiyyətlərin əsasını informasiya- nəzəriyyə təşkil edir və Kainat bizim iştirakımızı tələb edir".

Məhz ikili kod sayəsində biz rəqəmli reallıqların müxtəlif variantları, matrisalar arasında seçim edə, onu şüur vasitəsilə idarə edə bilirik. Uiler bu virtual dünyanı "Kainatda birgə iştirak" adlandırır.

Kainatın virtual təbiətli olmasının dolayısı sübutu kimi materiya hissəciklərinin qeyri-müəyyən və ya qeyri-sabit formada olması və müşahidə zamanı konkret vəziyyətdə "möhkəmlənməsi" çıxış edə bilər.

Elvic, öz növbəsində, aşağıdakı xəyali eksperimenti keçirməyi təklif edir. Təsəvvür edin ki, sizi əhatə edən bütün əşyalar rəqəmli reallıq, matrisadan başqa bir şey deyildir. Amma, deyək ki, yalnız siz baxan vaxt qələm qələm olur, özü də siz qələmi yalnız xarici əlamətlərinə görə identifikasiya edə bilərsiniz. Qalan hallarda o, qeyri-müəyyən potensiala malik olur və əgər siz onu söksəniz, onun daxili quruluşu ilə bağlı olan əlavə məlumatlar alacaqsınız.

Bizim beynimizin funksiyası informasiyanı emal etməkdir. İnternet-serfinq vaxtı kompüter brauzeri bizim daxil olduğumuz saytlardakı məlumatları keşdə saxladığı kimi informasiya da onda saxlanıla bilir. Elvic hesab edir ki, belə olduğu təqdirdə biz öz beynimizin hüdudlarından kənarda saxlanılan məlumatlara da daxil ola bilərik. Ona görə də intusiya və öncəgörənlik kimi şeylər, heç də, boş söhbətlər deyil. Biz "kosmik internetdə" öz sorğularımıza cavab ala bilərik. Həmçinin biz yardım istəyə bilərik və bu yardım başqa adamlar və ya bizim reallığın yaradıcıları tərəfindən göstərilə bilər.

Əgər belədirsə, ölüm də o qədər dəhşətli görünmür, yəni şüurumuz simulyasiyadırsa, demək, ölüm yalnız simulyasiyanın kəsilməsidir. Və bizim şüurumuzun başqa "simulyator"a keçməsi tam mümkündür və bu da yenidən mövudolma fenomenini izah edir.

Rəqəmli reallıq, matrisa haqqında nəzəriyyə axtarışlarından alimlərin artıq çoxdan məşğul olduğu və klassik və kvant fizikası arasındakı ziddiyyətin həll olunmasında kömək edə bilən "hər şey nəzəriyyəsi"nə universal açar kimi istifadə edilə bilər. Elvicin fikrincə, bu reallıqda məlumatların iki növü ola bilər. Bu, qrafik və ya səs kompüter formatına uyğun olan obyektlərin təsviri ilə bağlı olan məlumatlar və bütün sistemin işinə cavabdeh olan məlumatlardır.

Tədqiqatçı əlavə edir ki, ətraf mühit haqqında bizim biliklərimiz daim artır. Nə vaxtsa ayrıca yaşayan qəbilələr başqa torpaqların, qitələrin, planetlərin... olduğunu bilməyiblər. Biz tədricən müxtəlif obyektlərlə dolu olan maddi Kainat haqqında fikrə gəlmişik, indi isə informasiyadan təşkil olunmuş kainatların mövcudluğunu ehtimal etməyə yaxınıq. "Biz daim təfəkkürümüzün hüdudlarını genişləndiririk"- Elvic qeyd edir.