Erməni saytının etirafı (FOTO)
25 Noyabr 2014 18:09 (UTC+04:00)
Ermənistanın "Tert.am" saytı bu gün dərc etdiyi
bir xəbərlə Dağlıq Qarabağın işğal edilmiş Azərbayjan ərazisi
olduğunu etiraf edib.
ANS PRESS-in məlumatına görə, bu gün saat 17
radələrində sayta yerləşdirilmiş xəbərin başlığında iri hərflərlə
bildirilir ki, Ermənistandan Qarabağa hərbi təlimlərə göndərilmiş
helikopterlər daimi dislokasiya yerlərinə qayıda bilmir. Xəbərin
içində isə Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğu
bildirilir.
Xəbərdə həm də deyilir iki ədəd hərbi helikopter
təlimlər zamanı Azərbaycan tərəfindən atəşə tutulub və yararsız
hala düşüb, hazırda həmin helikopterləri təmir etməyə
çalışırlar.
Xəbər 10 dəqiqə saytda qalıb və daha sonra
çıxarılıb. Erməni mətbuatı xəbərin hakerlər tərəfindən sayta
yerləşdirildiyinə inanmırlar. "Tert.am"ın özü də bu barədə heç bir
açıqlama vermir.