Bakıda yeni ilə hazırlıq işləri başlayıb (VİDEO)

26 Noyabr 2014 09:45 (UTC+04:00)
Yeni ili səbirsizliklə gözləyənlər var. Bu bayramın bir gözəlliyi də bəzənilən yolkalardır. Xüsusən uşaqlar yeni il bayramının bu atributuna daha çox maraq göstərirlər. Artıq paytaxtda bayramla bağlı hazırlıqlara da başlanılıb. ANS TV-nin məlumatına görə, ilk növbədə mərkəzi küçə olan "Torqovı"da yeni ilin ilk yolkasının qurulmasına start verilib.Hazırda işçilər bayram yolkasının konstruksiyasının quraşdırılması işlərini aparırlar. Həmçinin yolka yanında kiçik evlərin quraşdırılması həyata keçirilir. Hazırlıq işləri daha çox kiçik uşaqların marağına səbəb olub. İlk yolkanın quraşdırılmasının ətrafda gəzən paytaxt sakinləri tərəfindən necə qarşılandığını öyrəndik. Maraqlıdır görəsən onlar da özlərini bayram ab-havasına indidən kökləyə bilirlərmi.Paytaxt sakini Şərqiyyə Sadığova deyir ki, bunların qurulması sevindirici bir haldır, uşqaqlar üçün.Paytaxt sakini Sara Haşırova isə qeyd edir ki, uşaqkən bayramların gəlişini səbirsizliklə gözləyirdim, amma indi isə hər şey marqsızlaşıb.Onu da vurğulayaq ki, Bakıda 30-dan çox yerdə yeni il yolkalarının quraşdırılması nəzərdə tutulur. Qurulacaq yolkalar əsasən Avropa ölkələrindən gətiriləcək. Bir sıra satış mərkəzlərində isə artıq yolkaların, oyuncaqların və şaxta babaların satışına da rast gəlmək olar.