Paytaxtda torpaq sürüşməsi
26 Noyabr 2014 09:55 (UTC+04:00)
Bakının Xətai rayonu Nobel prospekti 67/13 A ünvanında torpaq
sürüşməsi baş verib. Hadisə zamanı ev sahibi Dilarə Rzaynvanın
mənzili və həyətyanı sahəsinə ziyan dəyib. Ev sahibinin sözələrinə
görə yaşadığı ərazidə torpaq sürüşməsini 10 günə yaxındır ki,
müşahidə edir. Amma son gün sürüşmənin miqyası daha da artıb. Bu
səbəbdən də ailə üzvləri təhlükəsizliklərini nəzərə alaraq evdən
çıxmaq məcburiyyətində qalıblar.Hadisə yerinin yaxınlığında yaşayan
sakinərin sözlərinə görə, əgər qarşısı alınmasa bu yerlərdə zərər
çəkən mənzillərin sayı qat-qat artıq ola bilər.Ev sahibi hadisə ilə
bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini deyir.