20 günlük körpəni zibilliyə atdılar- “Şamaxinka”da

26 Noyabr 2014 10:15 (UTC+04:00)
Bakıda zibilxanadan yeni doğulan körpə tapılıb. 

Movqe.az sia.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb. Belə ki, "Alov" zavodunun yaxınlığında zibilxanadan körpə uşaq çığırtısı eşidilib. Sakinlər zibil qutularından birində əskiyə bükülən yeni doğulmuş körpə görüblər.Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər uşağı körpələr evinə aparıblar. Müayinə zamanı zibillərin içinə atılan körpənin qız uşağı olduğu məlum olub.Onun 20 günlük olduğu müəyyən edilib. Lakin uşağın kim tərəfindən atıldığı bilinmir.Faktla bağlı araşdırma aparılır.