"Övladım həm mənim gəlinliyimdir, həm də "Vağzalı"m"

26 Noyabr 2014 10:46 (UTC+04:00)

Müğənni Günel Ələkbərova ailəsindən bəhs edib.
 

Milli.Az gecce.az-a istinadən bildirir ki, gizli ailə quran Günel xoşbəxt olduğunu, qızı üçün çox fədəkarlıqlar etdiyini deyib.

 

"Gizli saxlamağımın səbəbi yoxdur. Bu mənim şəxsi həyatımdır. Qurduğum ailəni kimlərəsə göstərmək məcburiyyətində deyiləm. Əsas odur ki, biz xoşbəxtik. O qədər toy edənlər var ki, bir ayın içərisində ayrılırlar. Əsas odur ki, biz yoldaşımla bir yerdəyik. Övladım halallıqla dünyaya gəlib. Hər ikimizdə uşağı bir yerdə böyüdürük. Hər ikimiz də çalışırıq ki, vətənə layiqli övlad olsun", - G.Ələkbərova deyib.
 

"İstəməzdin ki , sən də gəlinlik geyinəsən? Toyunda vağzalı çalınsın? " sualına cavab verən müğənni söyləyib: "Övladım həm mənim gəlinliyimdir, həm də "Vağzalı"m".