Bu günün Ramazan təqvimi-24 iyul
24 İyul 2012 03:53 (UTC+04:00)
İlahi, bu gün məni bağışlanmışlardan, Sənin
fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar
ver!
04 ramazan 1433 – 24 iyul 2012
Imsaq: 05.06
İftar: 21.19
4-cü günün duası: İlahi, bu gün məni
bağışlanmışlardan, Sənin fərmanına baş əyən saleh bəndələrindən və
yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey
rəhmlilərin ən rəhmlisi! Amin!
Ayə: "(Onlar Allaha) tövbə, ibadət və şükür-səna
edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün
yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər
(namaz qılanlar), yaxşı işlər görməyi əmr edib pis işləri yasaq
edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya
Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!". /Tövbə -
112/
Hədis: "Əgər bəndə Ramazan ayının qiymətini
bilərsə, ilin başdan-başa Ramazan olmasını istər."
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca
başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları
İdarəsinin rəsmi isternet saytından götürülüb.
Ps. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün
göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu
batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan
fərqlilik bu addımı zəruri hala gətirir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən
əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10,
Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə
+11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran
+4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16,
Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6,
İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19,
Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran
+5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli
(Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16,
Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı
+6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər
+12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15,
Zəngilan +13, Zərdab +9
/ans/