Oqtay Şirəliyev kadr dəyişikliyi etdi

26 Noyabr 2014 14:53 (UTC+04:00)
Bir neçə gün öncə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayev tutduğu vəzifəsindən azad edilib.Movqe az  AzVision.az-a istinadən xəbər verir ki, Mehman Rzayevin yerinə artıq yeni rəis təyin olunub. Həmin yerə Azərbaycan Tibb Universitetinin III cərrahiyyə şöbəsinin kadedra müdiri, tibb elmləri doktoru Ələkbər Məmmədov təyinat alıb.Qeyd edək ki, Ə.Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.