Azərbaycan vətəndaşı olan gənc Türkiyədə yoxa çıxıb - FOTO

26 Noyabr 2014 15:21 (UTC+04:00)

Türkiyədə azərbaycanlı gənc itkin düşüb.

 

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı, 23 yaşlı İmanov Elçin Bəkir oğlu Türkiyənin Hatay şəhərində yoxa çıxıb.

 

E. İmanovun özündən 3 yaş böyük qardaşı Həzi İmanov da 2013-cü ilin yayında Türkiyənin Hatay şəhərində itkin düşüb. Onun itkin düşməsi haqqında məlumatlar bu ilin yayında İnterpolun saytında yerləşdirilib.  

 

Hazırda onların tapılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir