RF Sankt-Peterburq şəhərində MDB Parlament Assambleyasının iclasları keçiriləcək

26 Noyabr 2014 15:22 (UTC+04:00)

RF Sankt-Peterburq şəhərində MDB Parlament Assambleyasının Şura toplantısı, plenar sessiyası, sosial siyasət və insan hüquqları, iqtisadiyyat və maliyyə, hüquqi məsələlər, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyalarının iclasları keçiriləcək. Movqe.az AzərTAc-a istinadən bildirilən məlumata istinadən qeyd edir ki, iclaslarda quruma üzv ölkələr arasında parlamentarizm və demokratiya ənənələrinin möhkəmləndirilməsi, yollarda təhlükəsizliyə diqqətin artırılması, əhalinin reproduktiv sağlamlıq hüquqlarının qorunması, yerli özünüidarəetmə orqanları arasında əlaqələrin gücləndirilməsi sahəsində model qanunlar müzakirə ediləcək.Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti iclaslarda iştirak etmək üçün noyabrın 26-dan 29-dək Rusiya Federasiyasında səfərdə olacaq.Nümayəndə heyətinə deputatlardan Arif Rəhimzadə, Elton Məmmədov, Hacı Salayev, Rüfət Quliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı və Elmira Axundova daxildir.