“Nazpəri cəriməni ödəyəcək” - İlhamə Quliyevanın vəkili
26 Noyabr 2014 15:36 (UTC+04:00)
"Nazpəri Dostəliyeva İlhamə Quliyevaya uduzduğu 25 min manat
cəriməni yaxın zamanlarda ödəyəcək".Movqe az xəbər verir ki, bu
barədə AzNews.az-a Xalq artisti İlhamə Quliyevanın vəkili Pərviz
Hacılı bildirib.O deyib ki, iş Məhkəmə Qərarlarının İcrası
İdarəsinin Nəsimi Rayon Şöbəsindədir: "Bu günlərdə prosesə yeni
icraçı təyin olunub. Hazırda işlə həmin icraçı məşğul olur.
Məhkəmənin qərarı var, cərimə kəsilib. Qərara görə də həmin cərimə
hesaba köçürülməlidir".Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva
ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmənin
qərarı son qoyub. Qərara görə, N.Dostəliyeva 25 min manat cərimə
ödəyəcək və ondan üzr istəyəcək.Onu da bildirək ki, Nazpəri
Dostəliyeva Xalq artisti İlhamə Quliyevanın şikayəti əsasında Ali
Məhkəmənin ona qarşı kəsdiyi 25 min manatın hissəli ödənişi üçün
Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Nəsimi Rayon
Məhkəməsi xalq artisti Nazpəri Dostəliyevanın İlhamə Quliyeva ilə
bağlı verdiyi şikayəti təmin etməyib.