Mirkamil əsəbləşib canlı yayımı tərk etdi

26 Noyabr 2014 17:10 (UTC+04:00)

ATV-də yayımlanan "Kimdir nömrə 1?" müsabiqəsinin növbəti buraxılışı qalmaqalsız ötüşməyib.

Movqe az  Axşam.az-a  istinadən xəbər verir ki, verilişdə bu dəfə müğənni Elçin Hüseynov və Mirkamil Kamilov duelə çıxıb.Canlı yayımda əsəbləşən Mirkamil musiqiçiləri ilə birlikdə efiri tərk edib.Sənətçi efiri tərk etməsinin səbəbini bu cür izah edib: "Çox şükür Allaha, hər şey yaxşıdır. Bütün narahat olanlara, zəng edənlərə, hər kəsə dəstəyə görə təşəkkür edirəm. Dünən etdiyim hərəkəti qətiyyən ATV kanalına və əsasən də, izləyicilərə hörmətsizlik kimi qəbul etməyin. Dünən ora oxumaqdan ötrü getmişdim. Musiqiyə ac olduğum üçün, sadəcə oxumaq haqqında düşünürdüm. Sonuncu mahnım isə mənim üçün çox önəmli idi. "Doğma diyar" mahnısını çox böyük həvəslə hazırlamışdım. Efir vaxtı danışıqlara çox yer verildiyinə görə mahnımı oxuya bilmədim. Mənim üçün hər şeydən önəmli sənətdir, oxumaqdır. SMS göndərənlərdən halallıq istəyirəm".Qeyd edək ki, canlı yayımdan sonra bir araya gələn müğənni Elçin Hüseynov, Mirkamil Kamilov və aparıcı Cavid Gül məsələni yoluna qoyublar. C.Gül sosial şəbəkədə problemi həll etdiklərini bildirib.