“My name is İntiqam”ın qala gecəsi olacaq

26 Noyabr 2014 17:20 (UTC+04:00)
Nizami Kino Mərkəzində "My name is İntiqam" filminin qala gecəsi keçiriləcək. Movqe az "Qafqazinfo"-ya istinadən xəbər verir ki,  noyabrın  28-də baş tutacaq qala gecəsində filmin rejissoru Emil Abdullayev, ssenari müəllifi Fariz Əliyev,  aktyorlar Müşviq Şahverdiyev,  İlkin Misgərli, Teymur Məmmədov, Aysel Bayramova  və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.Komediya  janrında çəkilən "My name is İntiqam" filminin  rejissoru Emil Abdullayevdir. Bol bol gülüş vəd edən baş rolun ifaçısı aktyor Müşviq Şahverdiyev  filmin bu vaxta kimi çəkilən komediya filmlərinin içində 1 nömrəli olacağını söyləyib.