Azərbaycan Kəlağayısı UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib

26 Noyabr 2014 17:28 (UTC+04:00)
Bu gün Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.Movqe az  APA-ya  istinadən xəbər verir ki,  Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.Nazirlikdən bildiriblər ki, komissiyanın bugünkü iclasında Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, Komitə üzvlərinə təşəkkür edib və UNESCO siyahısına daxil edilməsinin Kəlağayı sənətinin ölkəmizdə inkişafına kömək edəcəyini bildirib.Qeyd edək ki, hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.