Milyardlarla manat həcmində bank əmanətləri böyük risk altındadır

27 Noyabr 2014 07:55 (UTC+04:00)

Vaxtaşırı gündəmə gələn məsələlərdən biri də ölkə banklarında sığoratlanan manətlərin həcminin artırılması ilə bağlıdır. Bu istiqamətdə dfələrlə təkliflər səsləndirilməsinə baxmayaraq, hələlik hansısa real addımlar atılmır. Əvəzində sığortalanan əmanətlərin faiz dərəcələri aşağı salınır. Bu addım banklarda kredit faizlərinin aşağı slınmasına hesablansa da, istənilən nəticə yoxdur. Banklarda bu gün də kreditlərin faiz dərəcələri yüksək olaraq qalır.

Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, illik faizi 9 faizədək olan və məbləği 30 min manatdan çox olmayan əmanətlər sığortalanır. Bu isə o deməkdir ki, əgər bir bankda əmanətin məbləği 30 min manatdan çoxdursa və ya əmanətçi daha çox gəlir əldə etmək üçün yüksək faiz təklif edən bankların xidmətindən istifadə edirsə, o zaman həmin pullar qorunmur. Həmçinin məbləği 30 min manatdan az olan, ötən il avqustundan 9 faizdən daha yüksək faizlə banklarda yerləşdirilən əmanətlər də riskli əmanətlər siyahısına daxildir. belə bir vaxtda səslənən iddialara görə, bank sektorunda hər hansı çətinlik 3 milyard manatlıq əmanətin taleyini sual altında qoya bilər. İqtisadçı Vüqar Bayramov qeyd edir ki, Əmanətlərin Sığortalanması Fondu son il yarımda sığortalanan əmanətlərin faiz dərəcələrini 12 faizdən 9 faizədək azaldıb: "Əmanət faizlərinin azalması bankların cəlb etdiyi resursların ucuzlaşmasına təsir göstərir. Əhalinin banklardakı əmanətinin 7 milyard manatdan bir az artıq, kredit qoyuluşlarının 17.5 milyard manat olduğunu nəzərə aldıqda əmanətlərin kredit portfelinin 40 faizini təşkil etdiyini söyləmək olar. Təbii ki, kiçik rəqəm deyil.

Amma fond sığortalanan faiz dərəcələrini azaltmaqla nəyə nail oldu? Kredit faizlərinə təsir edə bilməyən fond sığortalanmayan əmanətlərin məbləğini artırdı. Daha çox əmanət cəlb etmək istəyən banklar depozit faizlərini aşağı salmadılar. Təbii ki, daha çox gəlir əldə etmək istəyən vətəndaşlar daha yüksək faizə meyllənir. Məhz bunun nəticəsidir ki, mövcud əmanətlərin 46 faizi qorunmur. Bu isə olduqca riskli mənzərə yaradır. Hazırda banklarda olan hər 100 manat əmanətin 45 manatı sığortalanmır. Bu isə 3 milyard manata yaxın əmanətin qorunmaması deməkdir".

İqtisadçı sığortalanan faiz dərəcələrinin kredit faizləri ilə əlaqəsini formalaşdırmağı təklif edir: "Sığortalanan faiz dərəcələrini 12 faizdən 10 faizədək azaldan fond bu addımının risk təhlilini aparmalı, xüsusən qərarın kredit faizlərinə necə təsir etdiyini araşdırılmalı idi. Addımının kredit faizlərinə heç bir təsiri olmadığı halda fond sığortalanan əmanət faizlərinin 1 faiz-bənd aşağı salınması ilə bağlı qərar qəbul etdi, bu da qorunmayan əmanətlərin həcmini artırdı". Vüqar Bayramov əlavə edir ki, sığortalanan əmanətlərin maksimum məbləği xeyli müddətdir ki, 30 min manat olaraq qalmaqdadır və bu məbləğin artırılması olduqca vacibdir.

Hesab olunurk i, sığortalanan 30 min manat məbləğ indiki halda əmanətlərin sığortalanması üçün yetərli deyil. Bu gün əhalinin gəlirləri artdığı kimi sığortalanan əmanətlərin həcmi də artırılmalıdır. Şərqi Avropa ölkələrinin əksəriyyətində sığortalanan əmanətin məbləği 100 min avroya yaxındır. Başqa Avropa ölkələrinin çoxunda sığortalanan məbləğlə bağlı maksimum hədd yoxdur. Azərbaycanda isə cəmi 30 min manat sığortalanır. Ona görə də həmin məbləğə yenidən baxaraq onun artırılmasına ehtiyac var. İndiki mərhələdə məbləğin azı 50 min manatadək artırılması mmükün sayılır. Digər ekspertlər dəbel əbirməqama diqqət çəkirlər ki, qorunan əmanətlərin həcminin artırılması heç də yalnız Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti ilə bağlı olmamalıdır. Qeyd olunurk ki, əmanətlərin daha çox sığortalanmasına nail olmaq vətəndaşların da üzərinə düşən məsuliyyətdir. Təəssüf ki, əmanətçilər bəzi hallarda daha çox gəlir əldə etmək məqsədilə yüksək faiz təklif edən banklarda pullarını yerləşdirirlər. Bununla da onlar öz pullarını potensial riskə atırlar. Özü də bu hallar o fonad baş verir ki, cari ilin sonunda 5-6 bankın fəaliyyətini dayandırması gözlənilir. Bunu Mərkəzi Bak rəsmiləri də etiarf ediblər və nizamnamə kapitalı ilə bağlı 5-6 bankın fəaliyyətinin dayandıırlması istisna edilməyib.