Fransa səfiri tələbələrlə görüşüb

26 Noyabr 2014 17:18 (UTC+04:00)

Bakı Slavyan Universitetinin növbəti qonağı noyabrın 26-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye olub. Tədbir çərçivəsində ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Fransız dili ixtisası üzrə təhsil alan tələbələrləgörüşən cənab səfir, Fransa və Azərbaycanın mədəni, iqtisadi və elm sahəsində əlaqələrindən söhbət açıb. BSU-da ilk dəfə olduğunu və universitetin ona müsbət təsir bağışladığını deyən P. Mönye, ali təhsil müəssisəsində fransız dilinin tətbiqi vəinkişafına göstərilən diqqətəgörə dərin məmnunluq hissi duyduğunu bildirib. O, azərbaycanlı tələbələrin Fransa universitetlərinə qəbuluna üstünlük veriləcəyi və ali təhsil sahəsində əlaqələrin səviyyəsinin daha da yüksələcəyinəəmin olduğunu qeyd edib.

  Görüşdə Fransanın Reis-Ardenne Universitetinin professoru cənab Rule, CİEP-nin(Beynəlxalq Pedaqoji Təhsillər Mərkəzi) rəhbəri xanım Jöno iştirak ediblər. Onlara yaradılan şəraitə görəuniversitet rəhbərliyinə dərin minnətdarlıqlarını qeyd ediblər.

      Səmimi keçən görüşdən razı qalan qonaqlar müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.