Nigeriyada güclü sel baş verib

24 İyul 2012 12:28 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Nigeriyada güclü yağışlar nəticəsində daxili sahələrdə meydana gələn seldə ən az 35 nəfərin öldüyü bildirilib. Cos-Plateau əyaləti Qızıl Xaç rəhbəri Mnasseh Pampe çox sayda Cos şəhəri sakininin itkin düşdüyünü, xilasetmə qruplarının ölü sayının artmasından narahat olduğunu söyləyib. Pampe sel səbəbiylə bölgədə, xüsusilə palçıqdan hazırlanmış çox saylı evin yıxıldığını, 200 nəfərin bölgəni tərk etdiyini bildirib.