Nüvə müharibəsi Mars sivilizasiyasının məhvinə səbəb olub

27 Noyabr 2014 09:46 (UTC+04:00)

Məşhur astrofizik Con Branderburqun sözlərinə görə, Marsda qədim sivilizasiyanın məhvinə səbəb milyonlarla il əvvəl orada baş vermiş çox güclü iki nüvə partlayışı olub. Özü də hər iki partlayış təbii yolla yox, kənardan, yəni kosmosdan baş verib. Ekspert bu barədə Amerika Fizika Cəmiyyətinin illik görüşündə məlumat verib.

Belə çıxır ki, nə vaxtsa çox qədimlərdə marslılar və başqa irqin nümayəndələri arasında müharibə gedib. Qarşıdurma nəticəsində Marsda bütün canlı varlıqlar məhv olub, planetin özü isə qırmızı rəngə boyanıb.

Əldə olan məlumatlara əsasən Branderburq bildirib ki, Marsın atmosferində çoxlu miqdarda nüvə sınaqları zamanı Yerdə əmələ gələn tərkibi xatırladan nüvə izotopları vardır. Buna əsaslanaraq Mars sivilizasiyasının kosmosdan nüvə zərbəsi nəticəsində məhv olduğunu güman etmək olar.Astrofizikin bu iddiası, ilk növbədə, Qırmızı planetin atmosferində ksenon-129 izotopunun böyük miqdarda cəmlənməsi ilə bağlıdır. Həmçinin bu fərziyəni dolayısı ilə Marsın səthindəki uran və toriumun çox olması da təsdiq edir. Alim hesab edir ki, yalnız çox güclü nüvə zərbələri planetin atmosferində və səthində yuxarıda adıçəkilən maddələrin bu qədər cəmlənməsinə səbəb ola bilərdi.Əvvəllər astrofizik belə bir bəyanatla çıxş etmişdi ki, nə vaxtsa çox qədimdə iki sivilizasiya mövcud olub. Alimin sözlərinə görə, onlar Qədim Misir sivilizasiyası ilə müqayisə edilə biləcək texnologiyalara malik olublar.Branderburq həmçinin hesab edir ki, məşhur "Marsda üz" artefaktı qədim yadplanetli sivilizasiyasından qalmış artefaktdır.Astrofizik güman edir ki, onun nəzəriyyəsi indiyə kimi yadplanetlilərin nə üçün insanla təmasa çıxmaması və ya Fermi paradoksuna aydınlıq gətirə bilər.Hazırda tədqiqatçı məhv olmuş marslıların izlərini tapmaq məqsədilə Qırmızı planetə elmi ekspedisiya göndərməyi təklif edir.