Xəstəlikdən əziyyət çəkən hərbçi Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülüb

26 Noyabr 2014 17:45 (UTC+04:00)

"Sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən əziyyət çəkən baş leytenant İlkin Quliyevin vəziyyəti Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülüb". 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib ki, onun müalicəsi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda aparılacaq. A.Qədirlinin sözlərinə görə, hərbçinin vəziyyətinə Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri  üzrə komissiya"sında baxılıb və müalicəsinin Azərbaycanda aparılması tövsiyə olunub: "Xəstəliyi xroniki xəstəlikdir. O, Travmatologiya və Ortopediya İnstitutunda uzun müddətli müalicə keçəcək. Hərbçinin Türkiyəyə göndərilməsi nəzərdə tutulmur".