Ağcaqanadlar necə sancır?

27 Noyabr 2014 09:50 (UTC+04:00)

Ağcaqanadın ağız aparatı bir neçə hərəkətli hissədən ibarətdir. Onlar dəriyə toxunan zaman bir-birinə tərəf hərəkət edərək kapilyar damarlara çatana kimi toxumaları "mişarlayırlar". Bundan sonra həmin hissələr borucuq şəklində qatlanır və sorulan qan onun içərisi ilə axır.