Bakının Qaraçuxur qəsəbəsində məscidin yandırılma
görüntüləri yayılıb. Movqe.az-ın məlumatına görə, məscidin yandırılması müşahidə kameraları ilə
çəkilib. Görüntülər YouTube video portalında
yayılıb. Videodan görünür ki, üzünü gizlətməyə çalışan şəxs
məscidin qapısının şüşəsini sındırır. İçəriyə neft dolu qabı
yandıraraq atır. Qeyd edək ki, dünən saat
02 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Qaraçuxur
məscidində yanğın baş verib. Ümumi ərazisi 300 kv. Olan məscidin 5
km.m-də xalça və palaz yanıb.Hadisə yerinə
3 yanğınsöndürən cəlb olunub. Alov qısa vaxt ərzində
söndürülüb.Məscidin qəsdən yandırılması
barədə Suraxanı rayon Polis İdarəsi 32-ci polis bölməsinə məlumat
daxil olub. Suraxanı rayon Polis
İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə məscidin
gözətçisi şikayət edib. Məscidin gözətçisi ifadəsində iki naməlum şəxsin
məscidə daxil olaraq yanğın törətməyə cəhd göstərdiyini deyib. O,
məsciddə yanğın barədə xəbər verdikdən sonra hadisə yerinə
yanğınsöndürənlər cəlb olunub. Yanğın
söndürülüb.Polis hadisənin iki naməlum şəxs
tərəfindən törədildiyini ehtimal edir. Müşahidə kameraları
vasitəsilə həmin şəxsləri məscidə gətirən taksi sürücüsü
müəyyənləşdirilib. İndi onun ifadəsi əsasında həmin şəxslərin
kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar
başlanıb. Faktla bağlı araşdırma aparılır.