Türkiyə Azərbaycan QHT-ləri ilə maraqlandı

27 Noyabr 2014 12:33 (UTC+04:00)

Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) sədrləri Türkiyə parlamentində görüşlər keçiriblər. Movqe.az bildirir ki, Xocalı soyqırımının tanıdılması ilə əlaqədar tədbirlər çərçivəsində keçirilən görüşdə Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü Elnur Eltürk iştirak edib. Onlar Türkiyə Böyük Millət Məclisində Türkiyə baş nazirinin müavini, iqtisadiyyat naziri Ali Babacan və Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, millət vəkili İsmail Safi ilə fikir mübadiləsi aparıblar. Görüşdə dövlətlərərası əlaqələr, Qarabağ problemi və s. məsələlər müzakirə olunub. QHT sədrlərinin Türkiyə Böyük Millət Məclisinin iclasını izləmək şansı olub.