Arvadını boğan polisə hökm oxundu

27 Noyabr 2014 13:19 (UTC+04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Dilavər Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən D. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, D.Əhmədov yaşadığı evdə həyat yoldaşı Gövhər Əhmədovanı boğaraq öldürüb. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib. Onu da qeyd edək ki, D. Əhmədov bir müddət polis əməkdaşı olub. Daha sonra isə xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb.