Xarici dil tədris olunmayan məktəblərdə məzunlar kimyadan buraxılış imtahanı verəcəklər

27 Noyabr 2014 14:26 (UTC+04:00)
Azərbaycanın bəzi məktəblərində XI sinif şagirdləri buraxılış imtahanında kimyadan imtahan verəcəklər.Movqe az  APA-ya istinadən  xəbər  verir ki, əvvəlcədən elan olunduğu kimi ümumtəhsil müəssisələrinin XI sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib.Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaq.Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq.