Bakıda qumbara satmaq istəyən şəxs tutulub

27 Noyabr 2014 15:15 (UTC+04:00)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.Movqe az 

APA-ya istinadən xəbər verir ki,  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz odlu silah və onun komponentlərini əldə edib saxlama və satmaqda təqsirli bilinən şəxsi məsuliyyətə cəlb ediblər.Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 50 yaşlı Elman Məhərrəmov 2 ədəd "F1" əl, 2 ədəd isə "RQD 5" qumbaralarının alışdırıcıları ilə birgə satarkən tutulub. Əvvəllər də soyğunçuluq və quldurluq cinayətləri törətdiyinə görə 3 dəfə məhkum olunmuş Elman Məhərrəmov ifadəsində bildirib ki, qumbaraları hələ məhkum olunmadan əvvəl Yasamal rayonu ərazisindən tapıb. Daha sonra sellofan torbaya bükərək qəbiristanlıqda anasının qəbrinin yanında torpağa basdırıb. Saxlanılan şəxs qeyd edib ki, bir neçə gün əvvəl həbsdən çıxdıqdan sonra qumbaraları basdırdığı yerdən çıxararaq satmaq qərarına gəlib.Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxsin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.