Xəzərdə fövqəladə halların qarşısının alınması sahəsində əməkdaşlıq haqqında dördtərəfli saziş Milli Məclisdə müzakirəyə çıxarılır

27 Noyabr 2014 15:21 (UTC+04:00)

Azərbaycan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclası keçirilib.Movqe az  APA-ya istinadən xəbər verir ki, komitə sədri Ziyafət Əsgərovun rəhbərliyi ilə keçən iclasda "Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.Belə sazişlərin artıq bir neçə ölkə ilə bağlandığını deyən Z.Əsgərov deyib ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bir çox qonşu ölkələrə fövqəladə hallar zamanı yaxından yardım edib.22 maddədən ibarət qanun layihəsində anlayışlar, prinsiplər, yardımın göstərilməsi qaydası, əməkdaşlığın formaları, dövlətlərin ərazisinə keçmə qaydası, yarana biləcək mübahisələrin həlli və digər məsələlər öz əksini tapıb. Saziş Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanıb.İclasda "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi də müzakirə olunub.Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.