Azərbaycan prezidenti Maltanın yeni səfirinin etimadnaməsini qəbul edib

27 Noyabr 2014 15:27 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-də Malta Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib.Movqe az APA-ya istinadən xəbər verir ki,  səfirlə söhbət zamanı dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb.Prezident İ. Əliyev Malta Respublikasının baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələləri müzakirə etdiklərini məmnunluqla xatırlayıb. Enerji sektorunda əməkdaşlığımızın artıq mövcud olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərin digər sahələrdə də genişləndirilməsinin zəruriliyini qeyd edib.Səfir C. Debono isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə genişləndirməkdə maraqlı olduğunu deyib.Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.