III dünya savaşı siqnalı
27 Noyabr 2014 15:35 (UTC+04:00)
Almaniya kansleri Angela Merkel ölkə parlamenti –
Bundestaqda çıxışı zamanı Rusiyanın Ukraynaya qarşı təcavüzünü sərt
tənqid edib.
ANS PRESS-in məlumatına görə, o deyib: "Krımın
ilhaqına, Rusiyanın Donetsk və Luqanskdakı döyüşlərdə birbaşa və ya
dolayısı ilə iştirakına haqq qazandırmaq olmaz. Rusiya Avropadakı
dinc asayişi sual altına alır və beynəlxalq qanunları
tapdalayır."
Onun sözlərinə görə, Şərqi Ukraynada davamlı
sülhün bərqərar olması çətin məsələdir və buna görə də Rusiya
üzərinə yeni sanksiyaların qoyulması qaçılmazdır: "Bizim siyasət
vasitəsi kimi müharibəni tam istisna etdiyimizi deməyimiz o mənaya
gəlmir ki, bizimlə istənilən cür davranmaq olar."
Politoloqların fikrincə, A.Merkel Rusiyaya qarşı
yumşaq davranış taktikasının fayda vermədiyinə artıq tam əmindir.
Demək olar ki, Moskvanı yola gətirmək cəhdlərinin ehtiyatı
tükənib.
Xarici KİV-lərin yazdığına görə, separatçıların
Mariupolu zəbt edəcəkləri təqdidə bütün oyun qaydaları dəyişə
bilər.
Hazırda Moskva mümkün sanksiyaların qarşısının
alınması üçün İtaliya, Slovakiya və Macarıstana təzyiq
göstərir.