Ev cihazlarını jestlər vasitəsilə idarə etmək olar

28 Noyabr 2014 09:34 (UTC+04:00)

Yeni texnologiyalar ev cihazlarını jestlər vasitəsilə idarə etməyə imkan verir.Bir çox mətbəx cihazları, həmçinin müasir mənzillərdə işıqlanma sisteminin işə salınması məsafədən idarəetmə pultları ilə idarə olunur. Amma bunda kiçik problemlər vardır: birincisi, bu pultlarda vaxt keçdikcə batareyalar dəyişdirilməlidir, ikincisi isə, onlar tez-tez itir (insanlar çox vaxt onları haraya qoyduqlarını unudurlar). EyeSight şirkəti pultların köməyi olmadan, sadəcə olaraq, yestlər vasitəsilə ev cihazlarını idarə etməyə imkan verən Onecue texnologiyası hazırlayıb. Onecue texnologiyası vasitəsilə ev cihazlarını idarə etmək üçün planlaşdırdığınız istənilən cihazın (TV, musiqi mərkəzi, işıqlandırma sistemi və s.) panelinə xüsusi kiçik cihaz qoşmaq lazım gəlir. Yeri gəlmişkən, jestlər vasitəsilə cihazları idarə etmək təkcə evdə yox, həmçinin ofisdə də münasibdir. Amma bu cür yeni və hətta inqilabi texnologiyadan başqa, unutmayın ki, otaqdakı komfortu rahat ofis masaları, stulları və kresloları da təmin edir. Gözlənilir ki, Onecue texnologiyasını artıq 2015-ci ildən 129 dollara almaq və quraşdırmaq mümkün olacaq.