Bəşəriyyətə qarşı 10 sui-qəsd nəzəriyyəsi

28 Noyabr 2014 10:00 (UTC+04:00)

Həyati dərəcədə vacib resursların total çatışmazlığı şəraitində Yer kürəsi əhalisinin artıq olması haqqında daimi söhbətlər insanların sayının azalmasına səbəb olan məxfi layihələrin hazırlanması ilə bağlı çoxsaylı "dəhşətlər" yaradır. Sizə ən populyar sui-qəsd nəzəriyyələrini təqdim edirik. Amma nəzərə alın ki, bunlar heç kim və heç nə tərəfindən təsdiq olunmamış versiyalardır.


Corciya lövhələri


Bu, ABŞ-ın Corciya ştatındakı Elbert dairəsində yerləşən müəmmalı abidədir. Onun üzərində səkkiz dildə on vəsiyyət yazılıb və onları yerinə yetirmək, guya, ümumi firavanlığa gətirib çıxaracaq. Amma versiyalardan birinə görə, bu, Yer əhalisinə nəzarət edilməsi üzrə təlimatdan başqa bir şey deyildir. Belə ki, birinci vəsiyyətdə bildirilir ki, "təbiətlə daim tarazlıqda qalmaq üçün" planetdə əhalinin sayı 500 milyon nəfərdən artıq olmamalıdır.


"Aclıq paktı"


Bu sui-qəsd nəzəriyyəsi XVIII əsrdə Fransa vilayətlərində güclü qıtlıq olan vaxt yaranıb. Çörək və digər məhsullar bahalaşandan sonra kasıblar və ortabablar arasında şayiələr gəzirdi ki, varlılar ən kasıb adamların aclıqdan ölməsi və əhalinin artmaması üçün qəsdən dənli bitkilərin qiymətini tənzimləyirlər. Necə deyərlər, "un müharibəsi"- qıtlığa məruz qalmış ərazilərdə qiyam və üsyanlar başlayıb. Məhz bu, Fransa inqilabına təkan verib.


Alimentarius kodeksi


Bu, 1963-cü ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılmış ərzaq təhlükəsizliyi üzrə standartlar toplusudur. Bununla belə, konspiroloqlar onu zərərli genidəyişdirilmiş məhsulların yayılması, eləcə də vitaminlər və minerallarla zəngin faydalı məhsullardan imtina yolu ilə bəşəriyyətin məhvi üzrə planlardan biri hesab edir ki, bu da əhalinin azalmasına gətirib çıxaracaq.

Qlobal istiləşməyə qarşı kampaniya


Qlobal istiləşməni ekoloji uğursuzluğun nəticəsi hesab edirlər. Amma sui-qəsd nəzəriyyələrinin birində deyilir ki, guya, ətraf mühit üçün zərərli yanacaq maddələrinin istehsalına qoyulan məhdudiyyət enerji və ərzaq məhsullarının istehsalının azalmasına gətirib çıxaracaq ki, bu da dünya iqtisadiyyatını məhv edəcək və aclığa səbəb olacaq. Beləliklə, əhalinin sayı azalacaq, kampaniyanın təşəbbüskarları isə yeni dünya nizamını asanlıqla tətbiq edəcək.


Insanlar resurs kimi


Həyati dərəcədə vacib resursların çatışmazlığı şəraitində istisna deyil ki, "işə" insanların özləri yarayacaq. Belə ki, 1973-cü ildə çəkilmiş "Yaşıl soylent" filmində hamı üçün əlçatan olan qida məhsulunu öldürülmüş insanların cəsədindən hazırlayan gələcək cəmiyyətdən söhbət açılır. Bu cür sui-qəsd nəzəriyyələrindən birində bildirilir ki, bu, reallığa çevrilə bilər: bir qisim insanlar digər insanların qidası olacaq. Həmçinin çoxları əmindir ki, sonradan donor orqanların satışı üçün insanları öldürən dünyamiqyaslı məxfi korporasiyalar da vardır.


Pandemiya


Hesab edirik ki, təhlükəli yoluxucu xəstəliklər daxili səbəblərdən əmələ gəlir. Buna baxmayaraq, sui-qəsd nəzəriyyələrindən biri bu xəstəliklərin laboratoriyada yetişdirildiyi barədədir. Belə ki, dəhşətli "ispan" qripi 1918-ci ildən 1920-ci ilə qədər bütün dünya üzrə on milyonlarla insanı məhv edib. Müxtəlif vaxtlarda şayiələr gəzib ki, SPİD virusları, Ebola qızdırması və hətta quş və donuz qripləri süni mənşəlidir. Bəs bu xəstəliklərlə əhalini yoluxdurmaq nə üçündür? Resurs çatışmazlığından qaçmaq və insanları nəzarət altına almaq üçün.


Yadplanetlilərin hücumu


Bu, bütün sui-qəsd nəzəriyyələrindən ən geniş yayılanıdır. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə, Yerdə artıq çoxdan dünya hökumətləri və gizli cəmiyyətlərlə razılığa gələn yadplanetlilər sahiblik edir. Onlar vaxtı gələndə problemsiz olaraq planetimizi işğal etmək üçün Yer əhalisinin böyük hissəsini məhv etmək planını hazırlayırlar. Eyni zamanda onlara kömək edən adamlara təhlükəsizlik və hər cür səlahiyyətlər vəd edirlər.

Yevgenika (insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə)

Insan genomunun şifrəsinin açılması üzrə genişmiqyaslı beynəlxalq layihə mövcuddur. Amma, sui-qəsd nəzəriyyəsinə görə, bu, yalnız "aşağı" irqləri və "pis" genləri olan fərdləri məhv edəcək bioloji silahın hazırlanmasını nəzərdə tutan başqa bir layihəni gizlətmək üçündür. Onları sonsuz edir və ya sadəcə olaraq, genetik viruslar vasitəsilə məhv edirlər.


Ağ irqin məhvi


Görünür, bu sui-qəsd nəzəriyyəsinin müəllifləri qeyri-Avropa elitasının nümayəndələridir. Onlar, sanki, doğumun məhdudlaşdırılmasına, qarışıq nikahların təşviqinə və Afrika və Asiya millətlərinin nümayəndələrinin Avropa ölkələrinə miqrasıyasının artmasına çalışrılar.


Qeyri-ənənəvi seksual meylliliyin təbliği


Homoseksual cütlüklərdə nəsil artımı ola bilməz. Və demək, dünyada yaşayan hər bir adama daha çox qida, su, hava və digər resurslar çatacaq.