Nisə Qasımova canlı efirdə hönkür-hönkür ağladı

27 Noyabr 2014 18:10 (UTC+04:00)
Xalq artisti Nisə Qasımova "Gün üzü" verilişinin canlı efirində ağlayıb.Movqe.az Media Təqib Mərkəzinə istinadən xəbər verir ki, sənətçi verilişdə anasına olan sevgisindən bəhs edərkən ağlayıb: "Mən anam üçün yaşayıram. O, mənim qızımdır, mən onun yox. Mənim mahnımı efirdə vermədilər. Halbuki, anam o mahnını eşitməyi həsrətlə gözləyirdi. Oxumaq məqamında montaj etdilər və zalın lüsturunu göstərdilər. Biz o gecəni anamla çox ağladıq. Atam da həmin qəzəli çox xoşlayırdı".