Amerikalı alim aldığı Nobel mükafatını satışa çıxarır

27 Noyabr 2014 19:01 (UTC+04:00)

85 yaşlı Amerika alimi 1962-ci ildə qazandığı Nobel mükafatını açıq auksiona çıxaracaq. Kembric Universitetinin professoru olan Ceyms Vatson 1950-ci ildən tibbi biologiya sahəsində apardığı araşdırmalara görə Nobeli qazanıb.Movqe.az xarici mətbuata istinadən məlumat verir ki, alim dekabrın 5-də təşkil olunacaq auksionada mükafatla yanaşı söylədiyi Nobel nitqinin əlyazmasını da satışa çıxaracaq. Qeyd edək ki, dünyanın nüfuzlu alimlərindən sayılan Ceyms Vatson auksionda əldə edəcəyi gəliri Amerikanın bir neçə elmi laboratoriyası və kollecinə hədiyyə edəcək.