Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
APA-nın
Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Federal Ali
Məhkəməsində keçirilən prosesdə O. Zeynalovun vəkili Abbasmirzə
Abdullayev məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barədə
məhkəmə hökmünün ləğv edilməsini və cinayət işinə xitam verilməsini
xahiş edib.
Rusiya Ali Məhkəməsi birinci məhkəmə instansiyasının
çıxardığı hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, bu il iyulun 28-də Moskva Şəhər Məhkəməsi O. Zeynalovun 17 il müddətinə azadlıqdan məhrum edilməsi və Y. Şerbakovun ailəsinə 3 mln. rubl təzminat ödəməsi barədə hökm çıxarıb.