Valideyn və müəllimlərin nəzərinə!
28 Noyabr 2014 09:46 (UTC+04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən
başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə
keçirilən səyyar qəbullar davam etməkdədir. Movqe.az BŞTİ-yə
istinadla verdiyi məlumata görə, növbəti səyyar qəbullar noyabrın
29-da Nəsimi və Xətai rayonlarında keçiriləcək. Nəsimi rayonu üzrə
9 №li məktəbdə keçiriləcək səyyar qəbula 5-292, 9, 14, 19, 247, 266
№li məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.Xətai
rayonu üzrə 171 №li məktəbdə keçiriləcək səyyar qəbula isə 24, 171,
191, 204, 260, 263, 264 və 265 №-li məktəblərin müəllim və
valideynləri müraciət edə bilərlər.Səyyar qəbullar saat 10:00 – da
başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək.
Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin
üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur
bölmələrinin üzvlərindən ibarətdir.Görüşlər vəzifə funksiyalarının
tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə
rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin
yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin
olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.