Cəbhədə düşmən təxribatı
28 Noyabr 2014 10:25 (UTC+04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi
ümumilikdə 51 dəfə pozulub. Müdafiə Nazirliyindən Movqe.az-a
verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan
Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində
yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Hacıalılı
kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən
mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun
Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax
rayonunun Aşağı Əskipara və Qaymaqlı kəndlərində yerləşən
mövqelərimizi atəşə tutublar.Tərtər rayonunun Çiləbürt, Göyarx,
Qızıl Oba, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Yusifcanlı,
Novruzlu, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı
Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.