Zaur: "Gecə 12-yə kimi evə qoymadılar"

28 Noyabr 2014 10:46 (UTC+04:00)

Manaf Ağayevin dünən "5-də 5" verilişinin efirində kabab qonaqlığı barədə xəbər vermişdik.
 

Movqe.az gecce.az-a istinadən xəbər verir ki, Manafın bu addımı Zaur Kamalın qınağı ilə nəticələnib. Belə ki, studiyanı bürüyən tüstü Zaurun ailəsində narazılıq yaradıb.

 

"Manaf dedi ki, kabab bişirə bilirəm. Amma Manaf, mən səndən yaxşı kabab çəkərdim. Bütün studiyanı tüstü basdı. İydən-qoxudan evə də gedə bilmədim. Evdən dedilər ki, tüstünün iyi çəkilməmiş gəlmə.

 

Gecə 12-yə kimi dostlarla kafedə oturmuşam. Ən zəhləm gedən iyidir. Yatağıma da çökmüşdü".