Zakir Qaralov iki prokuroru işdən çıxardı

28 Noyabr 2014 10:48 (UTC+04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediinblər.


Onlar Baş Prokurorluqda idarə prokuroru vəzifələrinə təyin ediliblər.